Hacıyev Maarif Müxlis oğlu
- taniyaqtanitdiraq
- 2 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Maarif Hacıyev Oğuzun Xaçmaz kəndinin ziyalılarından biri idi. Bu kənddə 1956-cı il oktyabrın 30-da doğulmuş, boya başa çatmışdır. Kənddəki M.F.Axundov adına məktəbi bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olmuş, avtomobil nəqliyyatının istismarı fakültəsini bitirmişdir. Oğuzda və Mingəçevirdə ixtisası üzrə bir mütəxəsis kimi çalışmışdır. Cəbhədə gedən ağır döyüşlərdə daim döyüşçülərimizə dəstək olmuşdur. Tez-tez cəbhə bölgəsinə yardımlar aparırdı. 1993-cü ildə fevralın 27-də Ağdərədə həlak olmuşdur.
Doğulduğu Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Maarif Hacıyev Arzu xanımla ailəli idi. Şəhidin ailəsi- həyat yoldaşı Arzu xanım, oğlu, qızı hazırda Bakı şəhərində yaşayırlar.
Şəhidin adı Oğuzda küçələrdən birinə verilməklə əbədiləşdirilmişdir.
Comentarios