Namiq Fərhadov Muxas kəndinin Birinci Qarabağ döyüşlərində şəhid olan üç oğlundan biridir. O, 1973-cü il mayın 5-də Oğuz rayonunun Muxas kəndində doğulmuşdur. Kənd məktəbində oxumuşdur. Sonra Şəki şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1991-ci ilin oktyabr ayında Sovet ordusu sıralarına çağırılmışdır. Rusiyada hərbi xidmətə başlamışdır. Lakin 1992-ci ildə Azərbaycana qayıtmış, hərbi komissarlığın göndərişi ilə Ağdam rayonundakı hərbi hissələrdən birində xidmətə başlamışdır.
Ağdam döyüşlərində iştirak etmişdir. 12 aprel 1994-cü ildə Ağdamın Yusifcanlı kəndi uğrundakı döyüşlərin birində itkin düşmüşdür.
Şəhidin valideynləri dünyasını dəyişib. Qardaşları Muxas kəndində yaşayır. Qardaşı Etibar Muxas kənd tam orta məktəbində müəllimdir.
Namiq Fərhadovun adına Muxas kəndində bulaq çəkilmişdir.
Comments