Eyvazov Knyaz Eyvaz oğlu
- taniyaqtanitdiraq
- 3 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 9 янв. 2021 г.

Knyaz Eyvazov itkin düşmüş şəhidlərimizdən biridir.O, 29 yanvar 1974-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Ailədə iki qardaşdan biri olan Knyaz Vətəninə bağlı insan idi. 1992-ci il iyunun 14-də hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini yerinə yetirərkən yaralanmışdır. Hospitalda müalicə almış və birbaşa yenidən cəbhəyə yollanmışdır.
1994-cü il yanvarın 31-də Beyləqan istiqamətində gedən döyüşlərin birində
itkin düşmüşdür.
Ailə üzvləri Xaçmaz kəndində yaşayırlar.
Comments