top of page

Dadaşov Şahin Tapdıq oğlu

Обновлено: 9 янв. 2021 г.


Şahin Dadaşov 25 noyabr 1970-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Kənd məktəbini bitirmişdir. Polşada hərbi xidmət keçmişdir. Sonra öz el-obasına qayıtmışdır.

Ş. Dadaşov vətən torpaqlarının başı üzərini qara buludlar alanda bir çox oğuzlu kimi o da silaha sarılmış, vətənin müdafiəsinə yollanmışdır. 864 saylı hərbi hissədə qulluq etmişdir. Ağdam döyüşlərində şücaət göstərmişdir. 1992-ci ilin yanvarın 25-də Güllücə kəndində gedən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlmişdir.

Doğma Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Atası Tapdıq dayı Xaçmaz kəndində yaşayır. Qardaşı oğlu hazırda şəhid əmisi Şahinin adını daşıyır.

ความคิดเห็น


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page