top of page

Babayev Tale Bəynulla oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Tale Babayev 1964-cü ildə Oğuz rayonunun Yaqublu kəndində zəhmətkeş bir ailədə doğulmuşdur.Yaqublu kənd orta məktəbinin VIII sinfini bitirdikdən sonra təsərrüfatda çalışmağa, təhsilini isə qiyabi davam etdirməyə başlamışdır. 1984-1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.

1991-ci ildə Yaqubluya qayıdan Tale Babayev 1992-ci ilin əvvəllərində baxmayaraq ki, ailəli idi, bir övladı var idi könüllü olaraq cəbhəyə yola düşmüşdü. Şuşa rayonunun Kosalar kəndinin müdafiəsində iştirak etmişdir. Həm də qardaşı Tehran da onunla birgə, çiyin-çiyinə döyüşürdü.

1992-ci ilin mart ayının 29-da səhər 80 nəfərlik canlı qüvvə ilə düşmən üzərinə hücuma keçən hərbçilərimiz düşmənə ağır zərbələr endirir və onları geri çəkilməyə məcbur edirlər. Lakin düşmən yenidən qüvvə toplayaraq əks hücuma keçir. Bu T. Babayevin son döyüşü olur. Döyüşçülərimiz düşmənin bir neçə postunu darmadağın etmiş və özləri də itkilər vermişlər. Qəhrəmancasına şəhid olanlardan biri də Tale Babayev olur. Qardaşı və döyüş dostları bütün yaralıları və şəhidləri döyüş meydanından çıxarırlar. O, Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunun ilk şəhid olur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli qərarı ilə Tale Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məkəbinə verilmişdir.

Cəbhəyə gedərkən Tale Babayev ailəli idi. Aytən adlı bir qızı var.

28 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page