top of page

Babayev Elşad Saməddin oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Elşad Babayev 22 dekabr 1960-cı ildə Oğuz rayonunun Bayan kəndində anadan olmuşdur. 1970-ci ildə Bayan kənd orta məktəbinin birinci sinfinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1980ci ildə əsgəri xidmətə yollanmışdır. Rusiyanın Komi vilayətində xidmətini başa vurduqdan sonra da orduda qalaraq hərbin sirlərinə yiyələnmişdir. Azərbaycan torpaqlarına erməni təcavüzü başlayanda Azərbaycana qayıtmışdır. O, Azərbaycan Ordusunda Gəncədəki hərbi hissələrin birində xidmətə başlamışdır. Müxtəlif döyüşlərdə iştirak etmişdir. Tərtər döyüşlərində iştirak edən Elşad Babayev öz nizam intizamı, cəsurluğu ilə şöhrət qazanmışdır. Belə döyüşlərin birində düşmənlə üz-üzə 7 saatdan artıq davam edən döyüşdə ağır yaralanmışdır. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır.

Qəhrəman hərbiçi 27 fevral 1993-cü ildə Oğuz Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəhidin adı əbədiləşdirilərək Oğuz küçələrindən birinə onun adı verilmişdir.

12 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page