top of page

Ağayev Süleyman Sayəddin oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Ağayev Süleyman 1969-cu il mayın 12-də Oğuz rayonunun Tayıflı kəndində anadan olmuşdur. 1975-ci ildə Tayıflı kənd orta məktəbinin 1-ci sinfinə getmiş və 1983-cü ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Orta təhsilini Oğuz rayon Qumlaq kənd orta məktəbində başa vurmuşdur. Təhsilini bitirdikdən sonra Bakı Baş Tikinti idarəsində əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Şıxov batalyonunda cəbhəyə yola düşmüşdür. Kərkicahan, Quşçular, Cəmilli kəndlərinin müdafiəsində fəal iştirak etmişdir. O, həm də Daşaltı əməliyyatının da iştirakçısı olmuşdur. Süleyman Ağayev Şuşada döyüşərkən cəsur kəşfiyyatçı və döyüşçü kimi tanınmışdı. Mayın 7-8 də Şuşa uğrunda döyüşlərdə erməni cəlladları şəhəri atəşə tutarkən S. Ağayev yaralanmış, lakin döyüşü davam etdirmişdir. O, Laçın istiqamətində Şuşanın yenidən geri alınması uğrunda döyüşlərdə iştirak etmişdir. 1992-ci il mayın 10-15-də Laçının Zarıslı kəndi istiqamətində ağır döyüşlərdə cəsur hərbçimiz mühasirəyə düşmüş, son ana qədər vuruşmuş, itkin düşmüşdür.

Süleyman Ağayevin atası Sayəddin Ağayev vəfat etmişdir. Anası Gülayət xala kənddə yaşayır. Şəhidin qardaşları Qüdrət və Əjdər də Qarabağ müharibəsi iştirakçılarıdır.


4 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page