top of page

Ağakişiyev Qüdrət Mikayıl oğlu

taniyaqtanitdiraq

Обновлено: 9 янв. 2021 г.


Qüdrət Ağakişiyev 1 sentyabr 1965ci ildə Oğuz şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş və Xarkov şəhərində xidmətdə olmuşdur. Xidmətini bitirdikdən sonra Oğuza qayıdaraq əmək fəaliyyətinə başlamışdır. Lakin başlanan dəhşətli müharibə və vətəninə olan sevgisi onu biganə qalmağa qoymamış, elin digər oğulları kimi 22 aprel 1994-cü ildə cəbhəyə yollanmışdır. O, 181-saylı hərbi hissədə Füzuli bölgəsində xidmət etmişdir.

Qüdrət Ağakişiyev 1994-cü il mayın 18-də Füzuli rayonunun Veysəlli kəndi uğrunda gedən döyüşdə mənfur düşmən tərəfindən açılan snayper gülləsindən həlak olmuşdur.

Məzarı Oğuz şəhərindəki Şəhidlər xiyabanındadır. Şəhid Qüdrət Ağakişiyevin adı əbədiləşdirilmiş, Oğuz şəhərindəki küçələrdən biri hazırda onun adını daşıyır.

Atası Mikayıl dayı və anası Gülnaz xala vəfat etmişlər. Bacı və qardaşları Oğuz şəhərində yaşayırlar.


20 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page