Daşqın Atakişiyev 31 avqust 1974-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Orta təhsilini böyüyüb boya-başa çatdığı kənddə almışdır.
1993-cü ildə hərbi xidmətə yollanmışdır. Sumqayıtda hərbi təlimlər keçmişdir. Qısa vaxtdan sonra cəbhəyə göndərilmişdir. Laçın uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuşdur.
D. Atakişiyev 1993-cü il aprelin 5-də belə döyüşlərin birində itkin düşmüşdür. Şəhidin valideynləri vəfat etmişdir.
Qardaşları Oğuz rayon Xaçmaz kəndində yaşayırlar.
Opmerkingen