top of page

Atakişiyev Kamil Araz oğlu

Обновлено: 28 февр. 2021 г.


Kamil Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Kəşfiyyatçı olub. Əsgəri xidmətini başa vurduqdan sonra doğma Xaçmaz kəndinə qayıtmışdır.

Vətən müharibəsinin ilk günlərindən ölkəmizdə elan olunan qismən səfərbərliklə döyüşlərə qatılan Kamil Atakişiyev Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərin birində yaralanıb, hospitalda müalicə aldıqdan sonra yenidən özü israrla döyüşə yollanmışdır. Laçın istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

K. Atakişiyev noyabrın 27-də Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il, 24 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il, 30 dekabr 2020-ci il tarixli sərəncamları ilə Kamil Atakişiyev “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" , "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

Comentarios


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page