top of page

Cəfərli Şahin Şamil oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonu Xalxalqışlaq kəndində anadan olmuşdur. 2000-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2011-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. 20122014-cü illərdə Gəncədə “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahin Cəfərov uşaqlıqdan texnikaya xüsusi maraq göstərmişdir. Onda bu həvəs atası traktorçu olduğu üçün yaranmışdır. Yaşadığı kənd Oğuzun ən gözəl təbiət mənzərəsinə malik kəndlərdəndir. Şahin Cəfərli doğma kəndinin, onun ətrafındakı dağların hər qarışına bələd idi. Çünki təbiətdə gəzməyi, dağları, çayları gəzməyi çox sevirdi.

Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir. 2020-ci ilin sentyabrında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilmişdir. 27 sentyabrda başlanan Vətən müharibəsində, Murovdağ istiqamətindəki döyüşlərdə oktyabrın 1-də şəhid olmuşdur. Oktyabrın 2-də yaşadığı kənd qəbiristanlığında dəfn olunmuşdur.

Şahin Cəfərli cəbhəyə gedərkən ailəli idi. Övladının dünyaya gəlməsini görmək ona qismət olmadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Şahin Cəfərli “Vətən uğrunda”, 29 dekabr Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

27 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comentários


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page