top of page

Babayev Elman Telman oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


Elman Babayev 1 noyabr 1994-cü ildə Oğuz rayonu Padar kəndində anadan olmuşdur. 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2013-cü ilin yanvarında hərbi xidmətə yollanmış, 2014-cü ildə hərbi xidmətini başa vurub Oğuza qayıtmışdır. Müxtəlif sahələrdə işləmişdir.

2020-ci ilin sentyabrın 27-də erməni təcavüzkarlarının cəbhədə atəşkəsi pozması ilə başlanan müharibə ilə əlaqədar keçirilən səfərbərliklə cəbhəyə yollanmışdır. Sentyabrın 29-da Murovdağdakı gərgin döyüşlərin birində şəhid olmuşdur. Oktyabrın 4-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Cəbhəyə yollanarkən ailəli idi.Ümid adlı bir oğlu var. Doğulacaq qızını görmək isə Elman Babayevə nəsib olmadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Elman Babayev “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

78 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page