top of page

Allahverdiyev Cumar Allahverdi oğlu

Обновлено: 9 янв. 2021 г.


Cumar Allahverdiyev 3 dekabr 1963cü ildə Oğuz rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1970-ci ildə Yaqublu kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1979-cu ildə həmin məktəbin IX sinfini bitirmişdir.

C.Allahverdiyev 1979-cu ildə “Azərbaycan” üzümçülük sovxozunda əmək fəaliyyətinə başlamışdır. Daha sonra 1982 -1984-cü illərdə Rusiyada-Primorskda həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidməti başa vurandan sonra Oğuz rayonundakı “Azərbaycan” sovxozunda mexanizator kimi əmək fəaliyyətini davam etdirmiş və təcrübəli mexanizator kimi tanınmışdır.

1993-cü ilin noyabr ayında vətənin digər igid oğulları kimi Milli Ordu sıralarına xidmətə, cəbhəyə yola düşmüşdür. Ağdərədə və Tərtərin Çaylı və Qırmızıkənd kəndləri ətrafında gedən qanlı döyüşlərdə iştirak etmişdir. Öz igidliyi və cəsarəti ilə hamının hörmətini qazanmışdır. İntizamlı və döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirən hərbçi kimi tanınmışdır. Cumar Allahverdiyev 13 fevral 1994-cü ildə Tərtər rayonundakı “Tnaşen – 1” postu yaxınlığında gedən ağır döyüşlərdə itkin düşmüşdür.

Cumar Allahverdiyev cəbhəyə gedərkən ailəli idi. Həyat yoldaşı, oğlu və qızı Yenikənd kəndində yaşayırlar.

24 просмотра0 комментариев

Недавние посты

Смотреть все
bottom of page