Abışov Zülfüqar 1968-ci il 24 sentyabrda Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1985-ci ildə Xaçmaz kəndindəki M. F. Axundov adına orta məktəbi bitirmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmış, Moskvada hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra doğma yerlərə qayıtmış, Şəki Avtonəqliyyat məktəbinə daxil olmuşdur. Cəsur gənc Z. Abışov 1992-ci ilin aprel ayından erməni işğalçılara qarşı döyüşlərə səfərbər olmuş, 826 saylı “Qurtuluş” batalyonunun tərkibində vuruşmuşdur. O, Ağdərə uğrunda gedən ağır döyüşlərdə 1992-ci ilin sentyabrında şəhidlik zirvəsinə yüksəlmişdir. Zülfüqar Abışov düşmən snayperindən açılan güllə ilə həlak olmuşdur.
Doğulduğu kənddə dəfn olunmuşdur.
Şəhidin adı əbədiləşdirilərək vaxtı ilə oxuduğu Xaçmaz kənd ümumi orta məktəbinə Zülfüqar Abışovun adı verilmişdir.
Zülfüqar Abışovun valideynləri-atası Səfər Abışov və Sona xala və digər ailə üzvləri hazırda Xaçmaz kəndində yaşayırlar.
Şəhidin şəxsi əşyalarından nümunələr:
Commentaires