Ədalət Abdürrəhmanov 1963-cü il fevralın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Xaçmaz kənd orta məktəbini bitirmişdir. İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə Bakı şəhərində öz ixtisası üzrə başlamışdır. Sonra isə Rusiyanın Novqorod şəhərində hərbi xidmətdə olmuşdur. 1993-cü ilin noyabr ayında Bakı şəhəri Xətai rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 702 saylı hərbi hissədə döyüş yolu keçmişdir. Ə. Abdurrəhmanov Fizuli istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü il yanvarın 6-da Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
Ədalət Abdürrəhmanov doğulduğu kənddə Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəhidin valideynləri vəfat etmişdir, qardaşları Xaçmaz kəndində yaşayırlar.
Comments