Əmrahov Saməddin Şamil oğlu
- taniyaqtanitdiraq
- 8 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 28 февр. 2021 г.

Saməddin Əmrahov 2 oktyabr 1978ci ildə Kəlbəcərdə anadan olmuşdur. 1985-ci ildə Kəlbəcərdə 3 nömrəli tam orta məktəbin birinci sinfinə getmişdir. Kəlbəcər erməni təcavüzkarları tərəfindən işğal olunduqdan sonra ailəsi Oğuz rayonuna pənah gətirmiş, rayonun Calut kəndində məskunlaşmışdır. Elə buna görə də Saməddin Əmrahov daha sonra təhsilini Calut kənd məktəbində davam etdirmiş, 1996-cı ildə məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra elə 1996cı ildə də hərbi xidmətə yollanmışdır. Əsgəri xidmətini bitirdikdən sonra da Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətinə davam etmişdir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsi başlayanda ilk gündən döyüşlərdə iştirak etmişdir.
Cəsarətli hərbçi Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 4-də Calut kəndində dəfn olunmuşdur.
Şəhidin Aysu və Şamil adlı övladları var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Saməddin Əmrahov “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
Opmerkingen