top of page

Əliyev Anar Talıb oğlu

Обновлено: 28 февр. 2021 г.


Anar Əliyev 16 may 1991-ci ildə Oğuz şəhərində anadan olmuşdur. 19982009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Oğuzda müxtəlif sahələrdə çalışmışdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də başlayan düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın azad edilməsi uğrunda aparılan əks hücum əməliyyatları ilə əlaqədar qismən elan olunan səfərbərliklə cəbhəyə yollanmışdır. Füzuli döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir.

Anar Əliyev oktyabrın 27-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Anar Əliyevin bir oğlu yadigar qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Anar Əliyev “Vətən uğrunda”, 25 dekabr tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Commentaires


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page