Əhmədli Nurlan Rəhim oğlu
- taniyaqtanitdiraq
- 8 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 18 мар. 2021 г.

Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Xaçmaz kəndindəki M. F. Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin radiotexnika mühəndisliyi ixtisasına qəbul olunmuş, 2018-ci ildə təhsilini başa vurmuşdur.
N.Əhmədli 2018-2019-cu illərdə ordu sıralarında əsgəri xidmət keçmişdir.
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi ilə əlaqədar olaraq elan olunmuş qismən səfərbərliklə döyüş bölgəsinə göndərilmişdir. Füzuli döyüşlərinin birində şəhidlik zirvəsinə yüksələn Nurlan Əhmədli 27 oktyabr 2020-ci ildə Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Nurlan Əhmədli “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Comments