top of page

Əhmədli Elşən Elbrus oğlu

taniyaqtanitdiraq

Обновлено: 11 янв. 2021 г.


Elşən Elbrus oğlu Əhmədli 11 iyul 1997 ci ildə Oğuz şəhərində anadan olmuşdur. 2003-cü ildə şəhid E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəb-liseyi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən Əhmədli 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmətini keçmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə yola düşmüşdür. Bir sıra döyüşlərdə iştirak etmişdir. Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Elşən Əhmədli noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Noyabr ayının 17-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli Sərəncamları ilə Elşən Əhmədli “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

49 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comentários


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page