top of page

Əfəndiyev Nurlan Mürvət oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayon Xalxalqışlaq kəndində anadan olmuşdur. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. 2014-2015-ci illərdə Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr almışdır, yaxşı xidmət etdiyinə görə iki dəfə məzuniyyətə buraxılmışdır. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdir. Ən böyük arzusu yanğınsöndürmə işində işləmək olmuşdur. İdmanın qaçış növü ilə məşğul olmuş, rayon yarışlarında iştirak etmişdir.

O, həmişə Vətən sevgisi ilə alışıb yanırdı. 2020-ci ilin sentyabrında cəbhəyə yollanmışdır. Oktyabrın 6-da Murovdağ döyüşlərində şəhid olmuş, oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Nurlan Əfəndiyev “Vətən uğrunda”, 29 dekabr Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

19 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page