top of page

Şirəlizadə Süleyman İlham oğlu

taniyaqtanitdiraq

Şirəlizadə Süleyman İlham oğlu 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. 20072018-ci illərdə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ilin iyul ayında hərbi xidmətə getmişdir. Azərbaycan Ordusunun Tərtər rayonundakı “N” saylı hərbi hissəsində qulluq etmişdir. Xidmətini başa vurmağa bir-neçə ay qalmış başlanan Vətən müharibəsində Süleyman Şirəlizadənin xidmət etdiyi hərbi hissənin əsgərləri də döyüşlərə qatılmışdır.

Süleyman Şirəlizadə Ağdərə istiqamətində “Tülkü dərəsi” deyilən ərazidə 5 oktyabr 2020-ci ildə həlak olmuşdur.

6 oktyabr 2020-ci ildə Oğuz rayonu Padar kənd qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Süleyman Şirəlizadə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

48 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page