top of page

Rəhimli Orxan Rəşid oğlu

taniyaqtanitdiraq

Обновлено: 19 янв. 2021 г.


Orxan Rəhimli 28 aprel 1994-cü ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. Kənddəki M. F. Axundov adına kənd orta məktəbində 2000-2011-ci illərdə orta təhsil almışdır. Həmin il Azərbaycan Neft və Sənaye Universitetində dağ mədən mühəndisliyi üzrə bakalavr təhsili almışdır. 2015-ci ildə universiteti bitirmişdir.

2016-cı ilin iyulundan 2017-ci ilin iyulunadək hərbi xidmətdə olmuşdur.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə əlaqədar keçirilən qismən səfərbərliklə orduya yollanmışdır. O, Füzuli, Cəbrayıl, Şuşa döyüşlərində mərdliyi ilə seçilmişdir. Şuşanın alınması uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlmişdir.

Orxan Rəhimli noyabrın 16-da Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli Sərəncamları ilə Orxan Rəhimli “Vətən uğrunda” və “Cəsur döyüşçü”, 29 dekabr tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

79 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page