Paşayev Məhəbbət Vaqif oğlu
- taniyaqtanitdiraq
- 8 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 28 февр. 2021 г.

Məhəbbət Paşayev 5 avqust 1999cu ildə Şəki rayonu Bolludərə kəndində anadan olmuşdur. 2005-ci ildə Bolludərə kəndində birinci sinfə getmişdir. 2006cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir. 26 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmişdir. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür.
1 oktyabr 2019-cu ildə hərbi xidmətini başa vurub Oğuza qayıtmışdır. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin avqustundan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın azad edilməsi uğrunda müharibədə Suqovuşanın azad edilməsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhid Məhəbbət Paşayev sentyabrın 30-da Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhəbbət Paşayev “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Comments