Nuralıyev Elşən Rövşən oğlu
- taniyaqtanitdiraq
- 8 янв. 2021 г.
- 1 мин. чтения
Обновлено: 19 янв. 2021 г.

Sincan kəndində anadan olmuşdur. 2006-cı ildə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbin birinci sinfinə getmiş, 2017-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra təsərrüfatda müxtəlif işlərdə işləyərək ailəsinə kömək etmişdir. 2019-cu ilin aprelində hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Bu ailəsinin Elşənlə son görüşü olmuşdur. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış Vətən müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır. Tez-tez evə zəng edib deyirmiş ki, təlimdəyəm, yaxşıyam, anama deyin narahat olmasın. Amma əslində o ən qızğın döyüş yerlərində iştirak edirdi. Füzuli uğrunda gedən döyüşlərin birində düşmən snayperindən açılan atəşlə Elşən Nuralıyev şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhid Elşən Nuralıyev oktyabrın 12-də Sincan kəndində torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Elşən Nuralıyev “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Comments