top of page

Məmmədov Tural Arif oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayon Sincan kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində təhsil almışdır. 2013-cü ildə əsgəri xidmətə getmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir.

Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Hərbi vəzifəsi tank komandiri olan hərbçi 2020ci ilin sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. O, Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

29 0ktyabr 2020-ci ildə Oğuz rayon Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Tural Məmmədov “Vətən uğrunda”, 29 ekabr 2020-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

19 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page