Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonu Dəymədərə kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunda xidmətini başa vurduqdan sonra doğma rayonuna qayıtmışdır. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Vətən müharibəsi başlayanda ölkəmizdə elan olunmuş qismən səfərbərliklə orduya getmişdir. Oktyabrın əvvəlində Murovdağ döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhid Abid Məmmədov oktyabrın 4-də yaşadığı Dəymədərə kəndində dəfn edilmişdir.
Abid Məmmədovun Əli adlı övladı yadigar qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abid Məmmədov “Vətən uğrunda”, 29 dekabr tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
Comments