top of page

Mustafayev Rasim Ərziman oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Xidmətdən sonra kənddə yaşamış, işləmişdir.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk günlərindən orduya çağırılmışdır. Rasim Mustafayev Murov ətrafında döyüşlərdə həlak olmuşdur.

2020-ci il oktyabrın 7-də Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Şəhidin Ayxan adlı bir övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Rasim Mustafayev “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

32 просмотра0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page