top of page

Lillahov Fərid Loğman oğlu

taniyaqtanitdiraq

Обновлено: 11 янв. 2021 г.


Fərid Lillahov 6 mart 1999-cu ildə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə şəhid Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbini bitirmişdir. 2019-cu il yanvar ayının 9-da Azərbaycan Silahlı qüvvələrinə müddətli həqiqi xidmətə çağırılmışdır.

2020-ci ilin iyul ayında xidmətini başa vurmuş, doğma kəndinə qayıtmışdır. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlandıqdan sonra sentyabrın 30-da Vətənin müdafiəsinə yola düşmüşdür. Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Manqa komandiri olan Fərid Lillahov Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qələbəyə saatlar qalmış qəhrəmancasına şəhid olmuşdur.

O, noyabrın 11-də doğulduğu Baş Daşağıl kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli Sərəncamları ilə Fərid Lillahov “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə 29 dekabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda medalı ilə təltif olunmuşdur.

6 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comentários


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page