Kərəmov Zaməddin Bahadur oğlu 24 yanvar 2001-ci ildə Oğuz rayon Bucaq kəndində anadan olmuşdur. 2007- 2018-ci illərdə Bucaq kənd tam orta məktəbində orta təhsil almışdır. 2019-cu il yanvarın 24-də həqiqi hərbi xidmətə getmiş, 2020-ci il iyun ayında xidmətini başa vurmuşdur. 2020-ci il avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına daxil olmuşdur. Döyüşlər başlayan zaman Şəmkir korpusunun “Həmlə 319” batalyonunun tərkibində döyüşlərə qatılmışdır. Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Kəlbəcər istiqamətində Murovdağ silisiləsində “Canavar qulağı” postunun alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürəyindən aldığı güllə və qəlpə yarası ilə igid döyüşçü səhidlik zirvəsinə yüksəlmişdir.
Müharibə bitəndən sonra tapılmayan döyüşçülərimiz axtarılmış, uzun axtarışlardan sonra Zaməddin Kərəmovun nəşi tapılmışdır.
16 dekabr 2020-ci il tarixdə Oğuz rayon Bucaq kənd qəbiristanlığında dəfn olunmuşdur.
Comments