top of page

İsmayılov Vüsal Nəbi oğlu

Обновлено: 19 янв. 2021 г.


Vüsal İsmayılov 1980-ci il aprelin 9-da Oğuz rayon Xalxal kəndində anadan olmuşdur. 1986-1997-ci illərdə şəhid Yaşar Şəfiyev adına Xalxal kənd məktəbində orta təhsil almışdır. 1998-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdır. Xidmətə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində başlamışdır. 2000-ci il aprel ayında hərbi xidmətini başa vurmuşdur. Hərbi işə böyük marağı olduğuna görə 2002-ci ildə yenidən könüllü olaraq ordu sıralarına qayıtmışdır. Gizir kimi Piyadaların Döyüş Maşınında maşın komandiri vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunmasında böyük şücaət göstərmişdir. Döyüşlərdən sonra göstərdiyi qəhrəmanlığa görə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində, Füzuli və Cəbrayılın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Baş gizir V.İsmayılov Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

4 oktyabr 2020-ci ildə doğulduğu Xalxal kəndində torpağa tapşırılmışdır.

Şəhid Vüsal İsmayılovun Ləman, İbrahim və Röyal adlı 3 övladı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vüsal İsmayılov “Vətən uğrunda”, 25 dekabr Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page