top of page

İsazadə Səfa Əmirxan oğlu

Обновлено: 19 янв. 2021 г.


Səfa İsazadə 17 may 1999-cu ildə Oğuz rayon Xaçmaz kəndində doğulmuşdur. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. 2017-2019-cu illərdə hərbi xidmətdə olmuşdur. 2020-ci ildə Vətən müharibəsinin ilk günlərindən cəbhəyə getmişdir. Madagizin(Suqovuşanın) düşməndən azad edilməsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir.

Səfa İsazadə 19 oktyabr 2020-ci ildə Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Səfa İsazadə “Vətən uğrunda”, 29 dekabr tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page