top of page

İbrahimli Nail Nəriman oğlu

taniyaqtanitdiraq

Обновлено: 28 февр. 2021 г.


İbrahimli Nail Nəriman oğlu 4 mart 1994-cü ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə şəhid Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbində oxumuşdur. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Nail İbrahimli 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanmışdır. II Qarabağ müharibəsi döyüşlərinə qatılan N.İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi torpaqlarımızın azad olunması döyüşlərində şücaət göstərmişdir. Kiçik gizir, kəşfiyyatçı N. İbrahimli Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edərək, Şuşa döyüşlərinin birində qəhrəmancasına şəhid olmuşdur.

Nail İbrahimli noyabrın 12-də Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Nail İbrahimliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” , 29 dekabr tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

10 просмотров0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page