top of page

Cumuzadə Təbriz İldırım oğlu

taniyaqtanitdiraq

Обновлено: 19 янв. 2021 г.


Təbriz Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayon Xaçmaz kəndində dünyaya gəlmişdir. 2006- 2017-cı illərdə Mingəçevir şəhər İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur.

2 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. 2019-cu ilin oktyabrında hərbi xidmətini başa vurmuşdur.

2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi ilə əlaqədar olaraq ölkəmizdə elan olunmuş qismən səfərbərliklə könüllü olaraq sentyabrın 29-da cəbhəyə yollanmışdır. Gəncədə “N” saylı hərbi hissədə təlim keçmiş, daha sonra döyüş bölgəsinə göndərilmişdir. Təbrizin 40 günlük döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçmişdir. Bu rayonların azad olunmasında fəallıq göstərmişdir. Şuşa şəhərinin alınmasında Təbriz və onun döyüş yoldaşları şücaət göstərmişlər. Şuşa alındıqdan sonra noyabrın 8-dən 9-na keçən gecə Şuşa-Xankəndi yolunda gedən döyüşlərdə iştirak etmişdir. Bu Təbrizin son döyüşü olmuşdur. Başından aldığı snayper gülləsi ilə qəhrəmancasına şəhid olmuşdur.

Təbriz Cumuzadə noyabrın 26-da Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli Sərəncamları ilə Təbriz Cumuzadə “Vətən uğrunda” və “Cəsur döyüşçü”, 29 dekabr tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

41 просмотр0 комментариев

Недавние посты

Смотреть все

Babayev Elman Telman oğlu

Comments


sosial şəbəkədə izləyin

  • Facebook Clean
  • YouTube

sayt Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova tərəfindən wixcom platformasında hazırlanmışdır
 

bottom of page