TARİXƏ NƏZƏR
Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları durur. Bu iddia XIX əsrin əvvəllərindən etibarən – Gülüstan və Türkmənçay müqavilələrindən sonra başlanmışdır. XX əsrin əvvəllərində 1905-1918 ci illərdə ermənilər Azərbaycanlılara, türk müsəlman əhaliyə qarşı dəfələrlə soyqırımlar törətmişlər.
XX əsrdə Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradılır. 1923-cü ildə DQMV-nin yaradılması gələcəkdə Azərbaycan torpaqlarını parçalamaq və ermənilərin işğalçılıq siyasətini gerçəkləşdirmək niyyəti güdürdü.
1991-ci ilin sonlarında Ermənistan Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldular. Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Yuxarı (Dağlıq) Qarabağ bölgəsini, habelə Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını- 20 % – dən artıq ərazimizi işğal etmişdir:
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda işğal edilmiş rayon və şəhərlər:
Əskəran - 19.10.1991
Xankəndi - 26.12.1991
Xocalı - 26.02.1992
Şuşa- 08.05.1992
Xocavənd- 02.10.1992
Ağdərə - 07.07.1993
Azərbaycan Respublikasının Qarabağ regionunda işğal edilmiş digər rayonlar:
Laçın – 18.05.1992
Kəlbəcər – 02.04.1993
Ağdam – 23.07.1993
Füzuli – 23.08.1993
Cəbrayıl – 23.08.1993
Qubadlı – 31.08.1993
Zəngilan – 29.10.1993
Lakin 44 günlük II Qarabağ müharibəsində rəşadətli ordumuz, igid oğullarımız vətən torpaqlarını düşmən tapdağından azad etdi. 44 günlük müharibə Azərbaycan ordusunun gücünü, əzmini göstərdi. Azərbaycanın ərazi bütövlüyü igid oğullarımız sayəsində təmin olundu. Nə qədər ki, vətənin belə igid oğulları var vətənimiz heç vaxt basılmaz.
Düşmən tapdağından azad edilmiş torpaqlarımız:
Cəbrayıl: 04.10.2020
Füzuli: 17.10.2020
Zəngilan: 20.10.2020
Qubadlı: 25.10.2020
Şuşa: 08.11.2020
Xocavənd: 10.11.2020
Xankəndi: 10.11.2020
Xocalı: 10.11.2020
Ağdam: 20.11.2020
Kəlbəcər: 25.11.2020
Laçın:01.12.2020