OĞUZ
Oğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir, şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx — Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. Oğuz rayonu 7 fevral 1991-ci ilədək Vartaşen adlandırılmışdır. Rayon statusu 1930-cu ildə verilmişdir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub.1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi indiki Oğuz şəhəri 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılmışdır. İnzibati mərkəzi Oğuz şəhəridir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur.
Təcavüzkarlarla mübarizədə yüzlərlə Oğuz vətənpərvəri də iştirak etmişdir. Azərbaycanın müstəqilliyi uğruda mübarizədə, I Qarabağ müharibəsində, ərazi bütövlüyümüz uğrunda onların 83 nəfəri öz canını fəda etmişdir. II Qarabağ müharibəsi zamanı doğma Oğuz rayonundan 25 igid oğul şəhid oldu.
Vətən uğrunda öz canından keçən Oğuz şəhidləri sırasında bir 20 Yanvar şəhidi, bir Milli Qəhrəman da var.
Oğuz şəhərində 82 küçə və prospektdən 16 küçə şəhidlərimizin adını daşıyır. Təhsil- tərbiyə müəssisələrindən 19-na isə şəhidlərimizin adı verilmişdir. Bu təhsil ocaqlarının hamısında həmin şəhidlərə həsr olunmuş guşələr yaradılmışdır.
Şəhid adını daşıyan təhsil-tərbiyə müəsisələri
1.Emin Abdullayev adına şəhər 2№-li tam orta məktəb
2.Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbi
3. Ağasəf Əhmədov adına Muxas kənd tam orta məktəbi
4. Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbi
5. Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi
6. Elman Hüseynov adına Ərmənət kənd tam orta məktəbi
7.İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbi
8. Oqtay Xəlilov adına Tayıflı kənd tam orta məktəbi
9. Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbi
10.Tale Babayev adına Yaqublu kənd tam orta məktəbi
11. Arzu Əliyev adına Padar kənd tam orta məktəbi
12. Elburus Haşimov adına Dəymədərə kənd tam orta məktəbi
13. Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbi
14.Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta məktəbi
15. Vüqar İbrahimov adına Xaçmaz kənd 2№-li tam orta məktəbi
16. Altay Çiyniyev adına Filfilli kənd tam orta məktəbi
17. Zülfüqar Abışov adına Xaçmaz kənd ümumi orta məktəb
18. Araz Abdullayev adına Qumlaq kənd körpələr evi- uşaq bağçası
19. Fazil Sabiroğlu adına Kərimli kənd körpələr evi-uşaq bağçası